Samuxda və Goranboyda yanğın olubbackend

Samuxda və Goranboyda yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, Samux rayonu, Sərkar kəndində vətəndaşa məxsus ümumi sahəsi 272 kv.m olan birmərtəbəli 5 otaqlı evin mətbəxində 10 kv.m sahədə ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:36-da söndürülüb.

Trend-in məlumatına görə, Goranboy rayonu, Safikürd kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı, dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və ev əşyaları qismən yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:50-də söndürülüb.

İnterpress.az