Şirkətdən bildirilib ki, televiziya və internet xidmətindən birlikdə istifadə edən abunəçilərə kampaniya çərçivəsində iki ildir güzəşt olunurdu: “Ayrı-ayrılıqda televiziya yayımına görə 10, internet üçün 18 manat verməli olan abunəçilər bu xidmətlərin hər ikisindən cəmi 23 manata istifadə edirdilər. Yəni onlara 5 manat güzəşt edilirdi. Əslində, qiymət artmayıb. Sadəcə, kampaniya başa çatıb”.
“KATV1” hələ keçən ilin ortalarında da qiyməti qaldırmışdı. Onda televiziya yayımına görə məbləğ 1 manat artırılmışdı.(azadliq.org)
İnterpress.az