Yerli sakinlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad şöbəsinin qarşısına toplaşaraq işsizliyə, bahalığa və sosial yardımların təyin edilməsində yaradılan problemlərə etiraz edir.
Etirazçılardan biri Amerikanın Səsinə bildirib ki, rayon icra hakimiyyəti başçısı sakinlərin qarşısına çıxıb və problemlərin həll ediləcəyini bildirib. Bununla yanaşı, sakinlər dağılmayıb və hazırda sosial yardım verilməsi ilə bağlı sənədlər qəbul edilir, şikayətlər dinlənilir.
Hadisə yerinə polislər cəlb edilib, lakin onlar hələ aksiyaya müdaxilə etmir (\”Amerikanın səsi\”).
İnterpress.az