Cəlilabad və Ucarda 18 kq-a yaxın narkotik aşkarlandıbackend

Cəlilabad və Ucarda 18 kq-a yaxın narkotik aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress-in Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, Cəlilabad rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Zülfüqar Nadirovdan 13 kiloqram 520 qram tiryək götürülüb.

Həmin gün Ucar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Ağcabədi rayon sakinləri, əvvəllər məhkum olunmuş Elxan Əsgərov və Ruslan Süleymanov 4 kiloqram 175 qram marixuananı satarkən tutulublar.

İnterpress.az