Kredit götürüb itən qadının meyiti tapıldıbackend

Kredit götürüb itən qadının meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərhumun qohumlarının virtualaz.org saytına verdiyi məlumata görə, qadının suyun üzünə çıxmış cəsədini yaxınlıqdan yol keçən uşaqlar təsadüfən görüb xəbər veriblər.
Xəbər verdiyimiz kimi, qadının həyat yoldaşı Fəxrəddin və oğlu Vüqar traktorçudurlar , “K-700” markalı traktorları ilə yerli təsərrüfatlarda muzdla işləyirlər. Vüqar bir müddət əvvəl “Finka-Bank\”ın Neftçaladakı filialından 3500 dollar və 3500 AZN kredit götürübmüş ki, traktorlarına ehtiyat hissələri alıb təmir etsinlər. Onlar krediti götürdükdən 10 gün sonra manat ucuzlaşdığından kredit borcları da qəfil artıb. Bu, ailəsinin qayğısına qalan qadına çox pis təsir edibmiş. Tez-tez təəssüflənirmiş ki, “Vüqar nahaq bu krediti götürdü, indi qışın bu günündə traktora tarla işi olmadığı üçün qazancı da olmayacaq ki, krediti ödəsin, bu azmış kimi, borcu da yarıbayarı artdı”.
Ailəsi ilə onlarla birgə yaşayan oğlu Vüqarın kredit borcu üçün darıxan ananın son vaxtlar çox fikirli olduğu və darıxdığı,stress keçirdiyi deyilir.
Həyat yoldaşı Fəxrəddinin ona darıxmamağı tövsiyə etməsi, işləyib krediti ödəyə biləcəyini deməsi də nəticəsiz qalıbmış.
Yanvarın 1-də isə Xoşbəxt İmanova səhər saat 6-7 radələrində ailə üzvləri yuxuda olarkən gündəlik geydiyi paltarda evdən çıxmış və bir daha geri qayıtmamışdı. Buna görə elə həmin gün də bu barədə Neftçala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət olunmuşdu.
Qohumları onun intihar edə biləcəyini düşünərək evlərinin yanında yerləşən, Qobu adlanan su hövzəsində və Kür çayında dəfələrlə axtarış aprsalar da bir nəticə hasil olmamışdı.

İnterpress.az