“Alfamed”də həbslər… dəhşətli virusa qarşı dərman baha satılıbmıbackend

“Alfamed”də həbslər… dəhşətli virusa qarşı dərman baha satılıbmı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xatırladaq ki, qiymətləri süni şəkildə artırmağa görə həbs edilənlər arasında bəzi əczaçılıq firmalarının rəhbərləri və menecerləri, o cümlədən “Alfamed” MMC adlı firmanın rəhbərləri də vardı. Baş prokurorluq yanında korrupsiyaya qarşı mübarizə Baş idarəsinin yaydığı məlumatda deyilirdi ki, bu firmanın “Grateziano” adlı dərman vasitəsini dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib.

Virtualaz.org saytı bu faktlardan çıxış edərək Azərbaycanda əsasən onkoloji xəstəliklərə və heptaitə qarşı dərmanların “qara bazarı” barədə araşdırma aparmışdı. Həmin araşdırmada əczaçılıq sektorundakı mənbələrdən əldə edilmiş məlumatlara əsasən göstərilirdi ki, “Alfamed” MMC əsasən hepatitə və onkoloji xəstəliklərə qarşı dərmanların ölkəyə qeydiyyatsız gətirilib satılmasını həyata keçirib. Və bu firmanın faktiki sahibi kimi Ədalət Ramazanov adlı iş adamı göstərilirdi.

“Alfamed”də həbslər... dəhşətli virusa qarşı dərman baha satılıbmı

Eyni zamanda bu firma ətrafında araşdırmalarımız davam edirdi və nəhayət son həbslərə qədər əczaçılıq bazarında faktiki olaraq tanınmayan “Alfamed”in fəaliyyətinə dair bəzi sənədləri əldə etmək, araşdırmada əksini tapan məlumatlarla bağlı qarşı tərəflə də dəqiqləşdirmələr aparmaq mümkün oldu.

Firmanın icraçı direktoru Kübra Əliyevadan əldə etdiyimiz məlumatlar və sənədlər göstərir ki, “Alfamed” MMC-in əsas fəaliyyəti “Grateziano” dərman vasitəsinin Azərbaycana qanuni idxalı və satışı ilə bağlı olub. Bu dərman 2015-ci il iyunun 16-da Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. (Qeydiyyat nömrəsi: 15-00810).

Bəs “Grateziano” nə dərmandır və heptatit-C virusuna qarşı nə dərəcədə effektivdir?

Həmin dərman ABŞ-da icad edilib və olduqca bahalıdır, lakin heptatit-C xəstəliyinin kütləvi yayıldığı Misirdə dərmanın əlçatan qiymətə istehsalı ilə məşğul olan zavod fəaliyyət göstərir. İnternet mənbələrində apardığımız araşdırmalar da təsdiq edir ki, az qala hər iki nəfərdən birinin bu dəhşətli virusa yoluxduğu Misirdə həmin dərmanın tətbiqi sayəsində heptatit-C epidemiyasını cilovlamaq mümkün olub. Ötən il Misir prezidenti, general əl-Sisi həmin dərman sayəsində heptatit-C epidemiyasına qalib gəldiklərini elan etmişdi. Və Misirdə istehsal edilən dərman MDB respublikalarında da yayılıb. MDB respublikalarından həmin dərmanı almaq üçün Misirə gedənlərin sayı artmaqdadır.

“Alfamed”də həbslər... dəhşətli virusa qarşı dərman baha satılıbmı

İnterpress.az