Məktəbdəki bıçaqlanma ilə bağlı – Rəsmi açıqlamabackend

Məktəbdəki bıçaqlanma ilə bağlı – Rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurumdan AzNews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin şagirdləri arasındakı insident tənəffüs vaxtı baş verib: “Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Daxili Nəzarət sektoru və hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Bıçaqlanan şagirdin vəziyyəti ilə bağlı 1 saylı Şəhər Kliniki Xəstəxanası ilə əlaqə saxladıq. Xstəxanadan AzNews.az-a bildirildi ki, bıçaqlanan Xəqani Ramazanovun vəziyyəti hazırda yaxşıdır və cərrahiyə şöbəsindən palataya köçürülüb.

Xatırladaq ki, 286 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Arif Qəhrəmanov məktəb yoldaşı, 1999-cu il təvəllüdlü Xəqani Ramazanovu bıçaqlayıb

İnterpress.az