Bunu deputat Qüdrət Həsənquliyev parlamentin bugünkü iclasında deyib. O qeyd edib ki, əgər sahibkar vergidən yayınacaqsa, buna görə məsuliyyətə cəlb edilə bilər.
“Amma sahibkara inzibati qaydada deyilsə ki, get məhsulunu bu qiymətə sat, o yeni istehsal prosesində maraqlı olmayacaq. Eyni zamanda iqtisadiyyatın inkişafı üçün qonşu ölkələrlə viza rejiminin aradan qaldırılmalıdır.
İran, Türkiyə, Avropa İttifaqı ilə viza rejimi aradan qaldırılmalıdır. Qoyun, rahat gəlib inkişaf etmiş ölkələrin vətəndaşları burda pullarını xərcləsinlər. Turizm inkişaf etsin. Eyni zamanda vaxtıdır ki, artıq bir sıra dövlət qurumları özəlləşdirilsin”.
İnterpress.az