“Denominasiyaya ehtiyac yoxdur”backend

“Denominasiyaya ehtiyac yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

O qeyd edib ki, hazırda bankda olan əmanətlərin hesablanması prosesi gedir və bu vəsaitlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə əmanətçilərə qaytarılacaq. Eyni zamanda E.Rüstəmov Azərbaycan manatının denominasiyasını həyata keçirməyə lüzum olmadığını vurğulayıb.

“ Sosial şəbəkələrdə yeni pul nişanlarını çap olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu, uydurmadır.

Bildiyiniz kimi, denominasiyanı həyata keçirmək üçün milli valyutada qüsurlar olmalıdır. Bundan başqa, hiperinflyasiya olmalıdır. Hal-hazırda Azərbaycanda hiperinflyasiya müşahidə olunmur və milli valyutada qüsurlar yoxdur.

Buna görə, indiki şəraitdə denominasiyaya lüzum yoxdur”.

İnterpress.az