İsrail İrana qarşı sanksiyaların aradan qaldırılmasından çox əsəbidir.
Hesab edirəm ki, “altılıq” ölkələri ilə əldə etdiyimiz razılaşmanın həyata keçirilməsi İsrailin “müsibəti”, ən acı məğlubiyyətidir.
Bu barədə jurnalistlərə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
Diplomat vurğulayıb ki, 12 il ərzində İsrail müxtəlif saxta sənədlər təqdim edərək, İranın nüvə silahı əldə etmək niyyətində olduğunu dünyaya sübut etmək istəyirdi. Amma MAQATE-nin hesabatı göstərdi ki, İsrailin bütün iddiaları yalandır.
“İsrail İrana qarşı sanksiyaların davam etməsini istəyir, məqsədi isə ölkəmizin iqtisadiyyatının zəifləməsi idi. Amma İsrailin bütün səyləri nəticəsiz qaldı.
Hesab edirəm ki, İsrail bundan sonra da razılaşmanın icrasında müəyyən problemlər yaratmağa çalışacaq. Amma razılaşma əldə edən ölkələr razılaşmanın davam etməsini gözləyir və buna görə də İsrailin addımları nəticəsiz qalacaq”. (gün.az)
İnterpress.az