Asfalt zavodunun direktoru kef məclisi qurdubackend

Asfalt zavodunun direktoru kef məclisi qurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Manatın dəyərdən düşməsindən sonra sürətli şəkildə baş qaldırmış bahalaşma əleyhinə etirazlar start götürsə də, bu bəzi məmurlar üçün dərs olmayıb. Daha doğrusu, onlar hələ də ölkədə nəyin baş verdiyini anlamaqda çətinlik çəkirlər. Bir neçə gün əvvəl İmişli rayonunda etirazların baş verəcəyinə dair xəbər yayılan kimi, adı un və buğda monopoliyasında çəkilən deputat Əsabil Qasımov camaatı ələ almaq üçün ucuz varianta əl atdı. Belə ki, İmişlidəki stadiona camaatı yağaraq, onlara bir az un, bir az makaron paylayaraq, vəziyyəti düzəltməyə çalışdı. Lakin…
Rayondan daxil olan məlumata görə, İmişlidə məmurlar isə öz keflərindədirlər. Onlar əvvəlki dövrlərdən fərqli olaraq, artıq açıq şəkildə ziyafətlər qurur, camaatın gözü qarşısında kef məclisləri təşkil edirlər. Məsələn, İmişli Asfalt Zavodunun direktoru, rayonda böyük biznes şəbəkəsinin olması ilə tanınan Şükür Aslanov yanvarın 15-i saat 20:00 radələrində Bəciravan kəndində fəaliyyət göstərən «Çinarlı» restoranında kef məclisi təşkil edib. Verilən məlumata görə, yaxın dostları ilə birlikdə yeyib-içən zavod direktoru hər şeyi o qədər unudub ki, hətta restoranın qapısı ağzında gülüşündən qulaq tutulurmuş.
Hadisə şahidlərinin dediyinə görə, Şükür Aslanov və başının dəstəsinin hərəkəti onsuz da vəziyyəti ağır olan rayon camaatının qəzəbinə səbəb olub. Hətta bir neçə şəxs ona yaxınlaşaraq, «camaatın bu vəziyyətində nümayişkəranə şəkildə belə kef məclisi qurmaqdan utanmırsan» deyiblər. Amma biznesmen zavod direktoru başını aşağı salmaq əvəzinə, şaqqanaq çəkərək gülməyindən qalmayıb. Belə məclislər təşkil edən məmurlar arasında daha biri var. Həmin şəxsin İmişli Maliyyə İdarəsinin rəisinin olduğu deyilir. Bildirilir ki, ayın yarısından çoxunu Bakıda keçirən rəisin əksər bahalı restoranların müştərisi olduğu iddia edilir. (jam.az)


P.S
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.