İlham Əliyev şəhidləri andıbackend

İlham Əliyev şəhidləri andı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan prezidenti İlham Əliyev 20 Yanavar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında olub.

ANS PRESS-in məlumatına görə, dövlət başçısı 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib, “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, şəhidlərin xatirəsini yad edib.

Azərbaycanın dövlət və hökumət üzvləri, deputatlar, diplomatik korpusun nümayəndələri də Şəhidlər xiyabanını ziyarət ediblər.

1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu, erməni quldur dəstələri ilə birgə Bakıya daxil olaraq dinc əhaliyə qarşı terror aktl həyata keçirib. Nəticədə, 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək.

İnterpress.az