Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan 53 yaşlı Mikayıl Məlikov saxlanılıb. ANS PRESS-in məlumatına görə, onun üzərinə baxış keçirən polis əməkdaşları 4 ədəd patronu ilə birlikdə, 1 ədəd “Naqan” markalı tapanca aşkar ediblər.
Evdə silahı 2 gün gizlətdiyini deyən Mikayıl Məlikov sonradan onu satmaq qərarına gəlib. Lakin televiziya kanallarında silah gəzdirən şəxsin tutulması ilə bağlı videomateriala baxdıqdan sonra o bu fikrindən daşınıb.
Polisə getməzdən əvvəl pakrda bir qədər oturub istirahət etmək istədiyini deyən saxlanılan şəxs ərazidə xidmət aparan polis əməkdaşlarının diqqətini cəlb edib və bu zaman yaxalanıb.
İndi Mikayıl tutarlı əsaslar gətirməklə əməlində və ifadəsində nə qədər səmimi olduğunu sübuta yetirməlidir.
İnterpress.az