Azərbaycanlı gənc bir anda milyonçu oldu (FOTO)backend

Azərbaycanlı gənc bir anda milyonçu oldu (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-a yeni köçən azərbaycanlı gənc lotareyada 1 milyon dollar udub. ANS PRESS-in məlumatına görə, Pərviz Quluzadənin ABŞ-da 5 dollara aldığı lotereya bileti ona “cek-pot”u qazandırıb.

Avto FM radiosuna bu barədə danışan gənc bildirib ki, o müntəzəm olaraq lotereya bileti alır. \”Hər zaman olduğu kimi bu dəfə də 5 dollar ödəyərək bilet aldım və evə çatan kimi lotereyanın üstündəki şifrəni pozdum. Orada mənim “cek-pot” qazandığım yazılmışdı. Əvvəlcə inana bilmədim. Çünki bileti aldığım oğlan mənim tanışım idi. Buna görə düşündüm ki, o, mənimlə zarafat edir. Sonra biz internetdə qazanan biletləri yoxladıq və məlumatı dəqiqləşdirdik. Udduğum məbləğ mənim hesabıma vergilər ödənildikdən sonra təxminən 500 min dollar civarında pulmənə qalacaq”, – deyə Pərviz Quluzadə bildirib.

Pulu necə istifadə edəcəyi ilə bağlı suala isə ev almaq fikrinin olduğunu və bu ölkədə Azərbaycan mətbəxini tərənnüm edən restoran açmaq istədiyini bildirdi.

Azərbaycanlı gənc bir anda milyonçu oldu (FOTO)

Xarici ölkələrdə mütəmadi olaraq lotoreyada böyük məbləğlər udulur. Sonuncu dəfə ABŞ-ın Kaliforniya ştatında yaşayan pensiyaçı Raymond Bakston küllü miqdarda \”cek-pot\” əldə edib. 20 il ardıcıl olaraq lotoreya bileti alan pensiyaçı 2014-cü ilin aprel ayında cek-potda 425,3 milyon dollar udub.

“Mən bir neçə saat kompyuter qarşısında oturub, gözlərimə inanmadım. Müxtəlif mənbələrdən rəqəmləri dəfələrlə yoxladım. Bundan sonra ilk şok gəldi. Bir neçə gün yata bilmədim”,- deyə pensiyaçı Raymond Bakston bildirir.

Lotereya təşkil edilən şans oyunudur. Bu zaman gəlir və itkilər lotoreya biletinin təsadüfi çıxarılması, püşk və ya lot yolu ilə müəyyən edilir. Lotoreya iştirakçıları tərəfindən daxil edilmiş vəsaitlərin bir hissəsi təşkilatçılara, bir hissəsi isə dövlət büdcəsinə gedir. Qalan hissə mükafat kimi paylanır.

Lotoreyanın ilk formaları qədim Roma və Çində tətbiq edilib. Eradan əvvəl 100-cü ildə Çində Xan sülaləsi tərəfindən lotoreya təşkil edilib. Lotoreyadan əldə edilən vəsaitlər Çin səddinin tikilməsinə sərf edilib.

Tarixi salnamələrə görə, qədim Romada da Yuli Sezar tərəfindən müxtəlif lotoreyalar təşkil edilib. Lotreyalardan əldə edilən vəsaitlər yolların, körpülərin və binaların təmirinə sərf edilib.

Azərbaycanlı gənc bir anda milyonçu oldu (FOTO)

Lotoreya hesabına tikilmiş Böyük Çin səddi

İnterpress.az