Putin Avropadan qaçan yəhudiləri Rusiyaya çağırdıbackend

Putin Avropadan qaçan yəhudiləri Rusiyaya çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress \”İnterfaks\”a istinadən bildirir ki, o bunu Avropa Yəhudi Konqresinin nümayəndələri ilə Rusiya prezidentinin görüşündə deyib.

Onun sözlərinə görə, artan antisemitizm və miqrant müsəlmanlara görə yəhudilər Avropadan qaçırlar.

Putin yəhudilərin Sovet İttifaqını tərk etdiklərini xatırladıb və onları qayıtmağa çağırıb: \”Mən reportajlara baxıram. Avropada insanlar hətta milliyyətini gizlətməyə çalışırlar\”.

Qeyd edək ki, son zamanlar Avropada yəhudilərə hücumlar artıb. Yanvarın 16-da Avropa Birliyinin ən böyük yəhudi birliyi olan Avropa Yəhudi Konqresi qitənin qanunvericilərini yəhudilərə özünümüdafiə üçün silah gəzdirməyə icazə verməyə çağırıb.

İnterpress.az