İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, president ölkədəki qadınlara qarderoblarına əl gəzdirmək üçün 3 həftə vaxt verib.
O, qısa geyimlərin HIV və QİCS kimi təhlükəyə yol açdığına görə qısa geyimə qadağa qoyduğunu bildirib.
Kenyanın “Standart” qəzetinin xəbərinə görə, Tanzanya prezidenti bir neçə ay öncə tverkinq rəqsini də gənclərin tərbiyəsini pozduğu üçün qadağan etmişdi.
Qeyd edək ki, keçən ilin noyabrında hakimiyyətə gələn Tanzaniya prezidenti Con Maqfuli ölkəsinin büdcəsini artırmaq üçün bəzi tədbirləri gərəksiz hesab edərək keçrilməsini qadağan edib. Məsələn, hökumət işçilərinin yeni il şənliyini, yeni ilin gəlişi münasibətilə Şaxta babanın şəkilləri həkk edilmiş açıqcaların yayımını və ölkənin müstəqillik gününün böyük tədbirlərlə qeyd edilməsinə qadağa qoyub. O, “insanlarımız xoleriyadan ölür. Bizim ölkəmiz bu qədər adi xəstəliklə mübarizə aparmaqda acizlik çəkdiyi halda böyük tədbirlərlə ölkənin büdcəsini dağıtmaq olmaz”.
C.Maqufili eyni zamanda ölkəsində parlamentin açılış mərasiminə pul xərcləməyi də qadağn edib. O, ziyarət etdiyi bir xəstəxanada xəstələrin çarpayı olmadığı üçün yerdə yatdığını görüb və bundan çox üzüldüyünü bildirib: “Ölkəmin insanları bu qədər səfalət içində yaşadığı bir vaxtda bizim hansısa tədbiri keçirməyə haqqımız çatmır. Ölkəmizdə işsizlik, xəstəlik baş alıb getdiyi bir vaxtda hökumətin hansısa tədbirə pul ayırması rəzillikdən başqa bir şey deyil”.
O, ölkəsinin məmurlarını ölkədən xaricə çıxışına da qadağa qoyub: “Ölkənin pullarını aparıb xarici gəzintilərə xərcləmək yerinə, daxili problemlərimizi həll etməyə çalışın”.
İnterpress.az