Borc davasında yeznə öldürüldübackend

Borc davasında yeznə öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Interpress” anspress-ə istinadən xəbər verir ki, cinayət hadisəsi Xasməmmədov küçəsi 1b ünvanında qeydə alınıb. 15 gün əvvəl ata olan 25 yaşlı İsmayılov Asif Tahir oğlu atası evində olan həyat yoldaşı və uşağına baş çəkməyə gəlib. Bu vaxt Asif İsmayılovla 20 yaşlı qaynı Əzizov Ziya Dilən oğlu arasında mübahisə düşüb. Mübahisə zamanı qayın yeznəni bıçaqlayıb. Asif İsmayılov aldığı xəsarətdən dünyasını dəyişib.

Hadisədən sonra Ziya Əzizov könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə gedərək təslim olub. Məlumata görə, qətl pul borcu üstündə yaranıb. Asif İsmayılovun qayınatası Dilən kişi onun bacısından faizlə 2000 manat pul alıb. Alınan borc vaxtında qaytarılmayanda Asifin bacısı narazılığını bildirib. Narazılığı isə digər tərəf sakit qarşılamayıb və bu səbəbdən də Asiflə qaynı Ziya arasında ölümlə nəticələnən mübahisə düşüb.

Faktla əlaqədar Sabunçu rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1 -qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. İstintaq araşdırmaları aparılır.

İnterpress.az