Azərbaycan bu reytinqə ilk dəfə daxil oldubackend

Azərbaycan bu reytinqə ilk dəfə daxil oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın International Property Rights Index Beynəlxalq Mülkiyyət Hüquqları alyansı illik dünya reytinqi üzrə mülkiyyət hüquqlarının qorunması ilə bağlı siyahıya ilk dəfə Azərbaycanı da daxil edib.

ANS PRESS-in məlumatına görə, reytinq bir neçə göstəricilər üzrə hesablanır: hüquqi və siyasi vəziyyət, maddi mülkiyyət hüquqları, əqli mülkiyyət hüquqları, korrupsiyaya nəzarət və s. Siyahı bu il 129 ölkəni əhatə edir. Azərbaycan isə siyahıda 103-cü yeri tutur. Ötən il isə reytinqdə ümumilikdə 97 ölkənin adı yer alıb.

Əlbəttə ki, 103-cü yer o qədər də ürəkaçan olmasa da, ölkəmiz ilk dəfədir bu siyahıya daxil olunur . Bu o deməkdir ki, biz bu sahələrdə mövcud olan nöqsanları aradan aldırmaqla siyahıda daha da öndə ola bilərik.

Reytinqdə qonşu ölkələr bizi qabaqlayıb. Belə ki, Türkiyə siyahıda 58, Rusiya 81, Ermənistan 94, Gürcüstan isə 95-ci yerdədir.

Reytinqdə ilk beşliyə aşağıdakı ölkələr daxildir.

Azərbaycan bu reytinqə ilk dəfə daxil oldu

Myanma isə 129-cu yerdə olmaqla, siyahını tamamlayır.

Reytinqin müəllifləri Azərbaycanla bağlı qeyd edirlər ki, ölkəmizi siyahıya Yaxın Şərq və Şimali Afrika (cəmi 20 dövlət) regionunda yerləşən ölkələrdən biri kimi salıblar. Daha sonra qeyd olunur ki, dünya bankının məlumatlarına görə, ölkədə adambaşına düşən gəlirlər orta yaşayış səviyyəsindən yuxarıdır.

Ölkəmiz \”mülkiyyətin qeydiyyatı\” kateqoriyasına görə, 10 baldan mümkün xalı, təxminən 9,7 balı alıb. \”Müəllif hüquqlarının qorunması\”na görə 1,5 bal, \”korrupsiyaya nəzarət\”ə görə 3,2 bal, məhkəmə sisteminin müstəqilliyi\”nə görə 3,6 bal, \”siyasi sabitlik\” kateqoriyasına görə isə 4,2 balla qiymətləndirilib.

Azərbaycan bu reytinqə ilk dəfə daxil oldu

İnterpress.az