Gənc alim Azərbaycan elmində ilkə imza atdıbackend

Gənc alim Azərbaycan elmində ilkə imza atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənc alimin Moderator.az saytına verdiyi məlumata görə, onun yaxın zamanda Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov, Lissabon Universitetinin professorları Maximilan Kopyloviç və Armando J. Pombeironun birgə redaktorluğu ilə \’\’Non-covalent Interactions in Synthesis and Design of New Compounds\’\’ adlı kitabı nəşr ediləcək. 25 fəsildən ibarət bu kitab elm sahəsi üzrə dünyanın aparıcı nəşriyyatı hesab olunan Wiley nəşriyyatında Azərbaycanın adı ilə çap ediləcək ilk kitabdır. Adı çəkilən nəşriyyat elm sahəsi üzrə dünyanınən nüfuzlu nəşriyyatlarından hesab olunur. Fəaliyyət göstərdiyi 1807-ci ildən bu yana Azərbaycan elminə aid heç nə çap etməyib. Gənc alimimizin kitabı bu yöndə bir ilk olacaq.

Elmlər doktoru Kamran Mamhmudov və akademik Abel Məhhərəmov 2009-cu ildən Lissabon Universitetinin adı çəkilən nüfuzlu professorları ilə elmi əməkdaşlıq edirlər. Həmin ildən hər iki qrup \’\’Qeyri-kovalent qarşılıqlı təsirlər, onların sintez və materialların dizaynında rolu\’\’ mövzusunda birgə elmi tədqiqat işi aparırlar. Son illərdə Azərbaycanın adı ilə yüksək impakt faktora malik aparıcı jurnallarda elmi məqalələr A.M. Məhərrəmov və K.T. Mahmudov tərəfindən nəşr edilir.

Xatırladaq ki, Kamran Mahmudov Azərbaycan kimya elmi tarixində ən gənc elmlər doktorlarından biridir.Hazırda elmi fəaliyyətini Lissabonda davam etdirir.

İnterpress.az