Mətbuat xidmətindən İnterpress.az-a verilən xəbərə görə, mərasimdə Azərbaycan Respublikasının Brüsseldəki səlahiyyətli səfiri Fuad İskəndərov, Azərbaycanını NATO-dakı nümayəndə heyətinin rəhbəri Xəzər İbrahim, respublikamızın Belçikada akkreditə olunmuş diplomatları, Benilüks Azərbaycanlılar Konqresinin üzvləri, Benilüks ölkələrində təhsil alantələbələr və gənclər, digər təşkilat nümayəndələri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Benilüks Azərbaycanlılar Konqresinin prezidenti Sahil Qasımov açıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir F. İskəndərov 20 yanvar hadisəsinin siyasi əhəmiyyəti haqqında danışıb.
X.İbrahim Azərbaycan xalqının o günlərdə göstərdiyi birliyi, qəhrəmanlığı xatırlayıb.
BAK İdarə Heyətinin üzvləri Sima Cəfərova və İlham Babyev də tədbirdə çıxış ediblər.
Mərasimin sonunda ehsan süfrəsi açılıb.
İnterpress.az