Gəlinini xüsusi amansızlıqla öldürən 84 yaşlı kişiyə hökm oxundubackend

Gəlinini xüsusi amansızlıqla öldürən 84 yaşlı kişiyə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress-in məlumatına görə, prosesdə cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. A.Nəcəfov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə bu il iyulun 24-də Qusar rayonunun Avaran kəndində baş verib. Kənd sakini Nəcəfov Amaxan Elayyədin oğlu gəlini, 1977-ci il təvəllüdlü Məmmədova Sevinc Malik qızına ov tüfəngindən atəş açaraq öldürüb. Bununla kifayətlənməyən qayınata mətbəx bıçağı ilə gəlninin başını da kəsib.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla törədildikdə) və 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi açılıb.

İnterpress.az