Eldar Sabiroğlunun oğlu azadlığa çıxdıbackend

Eldar Sabiroğlunun oğlu azadlığa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, bu barədə APA-ya məlumat verən R. Səfərovun vəkili Bəhruz Bayramov bildirib ki, məhkəmə onların vəsatətini təmin edərək R. Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

R. Səfərov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib.

Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

Eldar Sabiroğlunun oğlu azadlığa çıxdı

İnterpress.az