Avropalı məmurun Azərbaycan səfəri təxirə salındıbackend

Avropalı məmurun Azərbaycan səfəri təxirə salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının (PA) prezidenti İlkka Kanervanın bu gün Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb.

ANS PRESS-in məlumatına görə, onun yerinə Azərbaycanа müavini səfərə gələcək. Kanervanın səfərinin hansı səbəbdən təxirə düşdüyü məlum deyil.

ATƏT PA sədri İlkka Kanervanın Azərbaycana baş tutacağı səfəri barədə jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova məlumat verib.

B.Muradova bildirib ki, İ.Kanerva səfəri çərçivəsində Azərbaycan Parlamentində və digər rəsmi orqanlarda yüksək səviyyəli görüşlər keçirəcək: \”Bu, Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlərlə bağlı mövqeyini çatdırması baxımından gözəl imkan olacaq\”.

İlkka Kanerva 2014-cü ilin iyul ayının 2-də ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü sessiyasının sonuncu günü bu vəzifəyə seçilib.

İ.Kanerva ona göstərilən etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını söyləyib.

İnterpress.az