Nərimanov rayon Polis İdarəsində verilən məlumata görə, içərisində 500 min manat olan seyf Odlar Yurdu Universitetinin prorektoru Munir Vəliyevin xidməti otağından oğurlanıb.
Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, M. Vəliyev Odlar Yurdu Universitetinin rektoru, deputat Əhməd Vəliyevin oğludur.
Ə. Vəliyev APA-ya açıqlamasında faktı təsdiqləyib. O qeyd edib ki, oğurlanan pullar universitetin kollektivinin maaşının verilməsi üçün bankdan götürülən vəsait olub. \”Hadisəni törədənlərin hamısı məlumdır, artıq tutulanlar da var\”, – deyə rektor qeyd edib.(apa)
İnterpress.az