İnterpress.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, yanvarın 24-də saat 01 radələrində Sumqayıt şəhərinin Xəzər bağlar sahəsində yaşayan Aydan Əsgərzadə evdən çıxıb, geri qayıtmayıb. A.Əsgərzadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti həmin gün saat 04 radələrində həmin ərazinin dəniz sahilində tapılıb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az