Tərtərdə yaşayış evində partlayış olub, xəsarət alan varbackend

Tərtərdə yaşayış evində partlayış olub, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tərtər şəhərində vətəndaşa məxsus ümumi sahəsi 88 kv.m olan birmərtəbəli 2 otaq və eyvandan ibarət evdə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış baş verib. Nəticədə 2 kv.m sahədə ev əşyaları yanıb, bir otağın tavanı və yükdaşıyıcı divarları uçub. Hadisə zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az