Blogger Xalid Xanlarov 25 sutka həbs edilibbackend

Blogger Xalid Xanlarov 25 sutka həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 23-də saxlanılan blogger Xalid Xanlarova 25 sutkalıq cəza verilib.

Bu barədə Meydan TV-yə bloggerin dostları məlumat verib.

Xalid Xanlarov İnzibati Xətalar Məcəlləsinin \”Polisə müqavimət\” maddəsi ilə cəzalandırılıb. Dostlarına verdiyi məlumata görə, Xalid Xanlarov həbs olunmazdan bir gün əvvəl DİN-ə Facebook sosial şəbəkəsindəki fəaliyyətinə görə ifadə verməyə çağırılmışdı.

Aktiv Facebook istifadəçisi DİN-in İnzibati Asayişi Pozanların Saxlanma Həbsxanasında saxlanılır.

20 yaşlı blogger Qafqaz Universitetinin 3-cü kurs tələbəsidir.

İnterpress.az