“Embawood”un rəhbəri gömrük rüsumlarından azadolma istədibackend

“Embawood”un rəhbəri gömrük rüsumlarından azadolma istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elşad Abbasov, “Sizin ölkədə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması istiqamətində verdiyiniz tapşırıqlar bütün sahibkarlar kimi, bizi də ixracla bağlı yeni hədəflərə çatmağa sövq edir. İcazənizlə qeyd edim ki, şirkətimiz məhsul istehsalı üçün lazım olan xammalı müxtəlif MDB ölkələrindən alır. Bu baxımdan, məhsullarımızın maya dəyərini aşağı salmaqla rəqabətqabiliyyətliliyinin gücləndirilmək, istehsalımızın artırılmaq, həmçinin Rusiya, Qazaxıstan və Orta Asiya ölkələrinə ixrac imkanlarımızı genişləndirmək üçün həmin xammal materiallarının gömrük rüsumlarından azad olunması məqsədəuyğun olardı”,- deyib.

80 MİLYON MANAT İNVESTİSİYA QOYULUB

Elşad Abbasov qeyd edib ki, 1996-cı ildə Masallı rayonunda yaradılan \”Embawood\” şirkəti ildən-ilə inkişaf edib, öz istehsal gücünü artırıb. Şirkət tərəfindən müxtəlif ofis və məişət mebelləri, həmçinin mebel sənayesi üçün yarımfabrikat məhsullar istehsal olunur. Ümumilikdə müəssisənin yaradılmasına və inkişaf etdirilməsinə 80 milyon manat investisiya qoyulub. Hazırda şirkətin Azərbaycanda 135 brend mağazası fəaliyyət göstərir və istehsal olunan məhsulların “EMBAWOOD”, “Modeyra” və “İdeal Dizayn” markaları altında satışı həyata keçirilir.

3 ildə 25 MİLYON MANAT VERGİ ÖDƏYİB

Bu gün \”Embawood\” şirkətində 2000-dək işçi çalışır.

“Təkcə son 3 ildə müəssisəmiz tərəfindən dövlət büdcəsinə 25 milyon manat məbləğində vergilər və sosial ödənişlər həyata keçirilib”,- Elşad Abbasov əlavə edib.(marja)

İnterpress.az