Nazir: Əlilliyi olan şəxslərə qarşı münasibəti dəyişmək lazımdırbackend

Nazir: Əlilliyi olan şəxslərə qarşı münasibəti dəyişmək lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkənin statistika sisteminin təkmilləşdirilməsi üzrə Aİ-nin tvininq layihəsinin reallaşdırılmasına həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, nazirlik yaxın vaxtlarda əlilliklə bağlı qanun layihəsini baxılması üçün Milli Məclisə təqdim edəcək: \”Əlillərə təkcə sağlamlıq imkanları məhdud insanlar kimi baxmalı deyilik. Onların sosial baxımdan cəmiyyətə inteqrasiya oluna bilib-bilmədiklərini nəzərə almaq lazımdır\”.

S.Müslümov təəssüflə bildirib ki, Azərbaycanda əlillik üzrə statistika sovet metoduna əsaslanır: \”Aİ-də isə statistika 4 əsas element əsasında formalaşır: sosial funksiyalar, sağlamlıq vəziyyəti, sosial müdafiə və ətraf mühit\”.

İnterpress.az