Yanvarın 27-də Səbail rayon Məhkəməsindəki hazırlıq iclası Elmar Rəhimovun sədrliyi ilə başlayıb.
Əvvəlcə bütün jurnalistlər prosesin keçiriləcəyi zala buraxılsalar da, sonradan zal dəyişdirilib.
Cavid Hüseynovun vəkili Adəm Məmmədov deyir ki, onlar məhkəmənin bu cür qapalı keçirilməsində maraqlı deyil: «Hakim özü bu haqda qərar qəbul edib. Biz istəməmişik. Vəsatət qaldıracağıq ki, jurnalistlər buraxılsın. Məhkəmənin açıq keçirilməsində maraqlıyıq».
Vəkil Adəm Məmmədov məhkəmədə vəsatətlə çıxış edərək Cavid Hüseynov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib: «Bir vəsatət də qaldırdım ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Əliyevin işi üzrə keçirilən məhkəmə başa çatandan sonra bu işə baxılsın. Çünki bu iş o işin nəticəsindən asılıdır».
Məhkəmə fevralın 10-na təyin olunub.
Cavid Hüseynovun ev dustaqlığına buraxılmasına dair vəsatət təmin olunmayıb.
Jurnalist Rasim Əliyev Cavid Hüseynovun yaxınları tərəfindən döyülüb və o, sonra xəstəxanada vəfat edib.
Futbolçunun işi Rasim Əliyevin ölümü üzrə keçirilən işdən ayrılıb. (azadlıq radiosu)
İnterpress.az