Rəis müavini modern.az saytına açıqlamasında hadisənin həqiqətən də baş verdiyini, amma döyülmə faktının olmadığını deyib:
“Fakt Xəzər Rayonu Polis İdarəsinin1-ci polis bölməsində araşdırılıb. Məlum olub ki, doğurdan da “Azəriqaz” əməkdaşlarının Türkan qəsəbəsində qanunsuz qaz xətlərinin aşkarlanması məqsədilə keçirdikləri tədbir zamanı orada qaynaqçı işləyən Bakı şəhər sakini Məhərrəm Məhərrəmov xəsarət alıb. Belə ki, qanunsuz qaz xəttinin ləğvi üçün o, hasarın üstünə çıxıb, müvazinətini itirərək yıxılıb. Dərhal xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona onurğa sütununun 12-ci fəqərəsinin qırılması diaqnozu qoyulub”.
E.Zahidov bildirib ki, M.Məhərrəmov xəstəxanada dindirilmə zamanı döyülmədiyini, yıxılaraq zədələndiyini etiraf edib. Həmçinin iş yoldaşları da onun yıxıldığını deyiblər.
Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev 26 yanvar axşam 21:30 radələrində Modern.az saytına əməkdaşın abonent tərəfindən döyüldüyünü təsdiq edib.
İnterpress.az