Meymunlardan insanlara dəhşətli virus yayıldı-VİDEObackend

Meymunlardan insanlara dəhşətli virus yayıldı-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.a-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, xüsusilə, hamilə qadınlar üçün təhlükəli olan zika virusunun 70 il öncə Afrikada meymunlarda rast gəlinən xəstəliyin simtompları ilə bənzər olduğu ehtimal edilir.
Brailiya Səhiyyə Nazirliyinin verdiyi xəbərə görə, körpə uşaqlar arasında ağır fiziki qüsurlar yaradan bu xəstəlik səbəbindən bu günə kimi dörd minə yaxın körpə \”mikrosefaliya\” və ya qeyri-adi kiçik başla doğulub.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə hamilə qadınlara Kolumbiya, Ekvador, El Salvador və Yamayka da daxil olmaqla, ziko virusuna yoluxma hallarının qeydə alındığı 20 ölkəylə bağlı xəbərdarlıq edib. Cənubi Amerika ölkələrinin qadınlarına hamilə qalmamaq tövsiyyə edilib. Çünki ABŞ alimləri bu virusa qarşı peyvəndin tapılmasına hələ 10 il vaxt sərf olunacağını bildirib.
Qeyd edək ki,milçək və ağcaqanadlar vasitəsilə yoluxduğu iddia edilən virus uşaqlarda başın inkişafını əngəlləyir.

Meymunlardan insanlara dəhşətli virus yayıldı-VİDEO

İnterpress.az