Azərbaycanda yeni universal ödəniş sistemibackend

Azərbaycanda yeni universal ödəniş sistemi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Trend-ə \”AzerPay\” şirkətindən bildiriblər.

Sistemin üstünlüyü təmassız ödənişlərin, pulköçürmələrin həyata keçirilməsi, POS-terminallar vasitəsilə əməliyyatların aparılması və digər imkanlar olacaq.

\”AzerPay\” hesabını \”Azərpoçt\” MMC-nin poçt şöbələrində, eləcə də bank kartları və nağd vəsait qəbul edən terminallar vasitəsilə doldurmaq mümkün olacaq.

AzerPay-də təhlükəsizliyin təmin edilməsi üçün bir neçə səviyyəli mühafizə sistemindən (abonent kodu, mobil telefonun nömrəsi, PIN-kod, məlumat mübadiləsinin kombinasiya edilmiş vasitələri) istifadə ediləcək.

Bundan başqa, \”AzerPay\” istifadəçiləri azerpay.az saytı vasitəsilə ödəniş sisteminə çıxış əldə edəcəklər.

İnterpress.az