Türkiyədə azərbaycanlı qaçaq miqrant tutuldubackend

Türkiyədə azərbaycanlı qaçaq miqrant tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə qaçaq azərbaycanlı yaxalanıb. İnterpress-in məlumatına görə, ölkənin ancaq bir vilayətində 10 gün ərzində qaçaq yollarla ölkədən çıxmağa çalışan 624 miqrant yaxalanıb.

Balıkesir rayon Jandarma Komandanlığının son 10 gün ərzində qaçaq miqrantlara qarşı keçirdiyi əməliyyat çərçivəsində saxlanılanlar müxtəlif ölkə vətəndaşları olublar. Onların arasında 520 Suriya, 67 Əfqanıstan, 32 İraq, 4 Əlcəzair, 1 Azərbaycan vətəndaşı var.

Onların qaçmasını təşkil edənlər isə 19 nəfər olub. Onlardan 12-si həbs edilib, 5 nəfər isə saxlanılsa da, sonradan sərbəst buraxılıb.

Şəhər valiliyindən verilən açıqlamada qeyd edilir ki, bu işlərdə istifadə edilən 17 maşın da müəyyən edilib. Avtomobillər sürücülük hüquqlarından məhrum ediliblər.

Dekabr ayında da Türkiyənin Çanaqqala şəhərinin dəniz sahillərində 386 nəfər miqrant xilas olunmuşdu. İnterpress-in məlumatına görə, xilas olunanlar arasında 1 nəfər Azərbaycan vətəndaşı da olub.

Dənizdə boğulma təhlükəsi ilə üzləşən miqrantlar Yunanıstanın Midilli adasına keçmək istəyiblər.
Təkcə bir rezin qayıqda 101 miqrant olub.

Həmçinin əməliyyatlar zamanı digər bir gəmidə 20 Myanma, 9 İraq, 57 Suriya və 77 Pakistan vətəndaşı xilas edilərək müvafiq orqanlara təhvil verilib.

İnterpress.az