Yanacaqdoldurma məntəqəsində mühafizəçini döyən idmançılara həbs-30 sutkabackend

Yanacaqdoldurma məntəqəsində mühafizəçini döyən idmançılara həbs-30 sutka

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İsa Əzizov və Mahir İsgəndərov barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb.

Təqsirləndirilən şəxslər məhkəmə qərarından apellyasiya şikayəti veriblər.

Qeyd edək ki, yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar.

Saxlanılanlardan İ. Əzizov Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qohumudur.(apa)

Qeyd edək ki, bu gün bəzi saytlarda İsa Əzizovun azadlığa buraxıldığı haqqında xəbərlər də yer alıb. Xəbərlərdə iddia olunur ki, yanacaqdoldurma məntəqəsində törətdikləri xuliqanlığa görə saxlanılmış İsa Əzizov və Mahir İsgəndərov iki sutka saxlanıldıqdan sonra onların barəsində cinayət işi qaldırılmadığından azadlığa buraxılıblar. Polisin səlahiyyətinə görə saxlanılan şəxs barəsində cinayət işi qaldırılmasa ən çoxu iki sutka saxlanıla bilər. (virtualaz.org)

İnterpress.az