Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib. O qeyd edib ki, Azərbaycan öz müdafiə sahəsini gücləndirmək əzmində olan ölkədir.
“Biz Azərbaycana bu sahədə də dəstək verəcəyik. Eyni zamanda bu il Türkiyə və Azərbaycan münasibətləri baxımından enerji və daşınma ili olacaq. Bakı-Tbilisi-Qars dəmiryol xəttində bəzi ləngimələr olsa da bu il biz bu xətti açacağıq. Yalnız Türkiyə ilə bağlı məsələlər qalır. Əslində işlər ötən il bitməli idi. Lakin bəzi hüquqi problemlər çıxdı.
“TANAP, Bakı-Tbilisi-Qars kimi regional layihələrin həyata keçirilməsinə zaman-zaman müxtəlif manelər yaradılıb. Lakin bu il bu işlər tamamlanacaq”.
Səfir həmçinin vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycan qədər istəyir.
“Ermənistan işğalının aradan qaldırılması və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də ölkəsinin Azərbaycana hər cür diplomatik dəstək verməyə hazırdır”.(modern)
İnterpress.az