Həbs olunan aptek direktoru hansı məmurun oğludur?backend

Həbs olunan aptek direktoru hansı məmurun oğludur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməliyyatdan dərhal sonra Bakıda geniş aptek şəbəkəsinə malik olan “Avis” Tibbi Marketlərinin direktoru Elmir Məhərov həbs olunub. İnterpress.az-a verilən məlumata görə, “Avis” apteklərinin sahibi ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu gün Binəqədi Rayon Məhkəməsində Elmir Məhərov barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
Əməliyyata gəlincə, səbəb kimi “Avis” apteklər şəbəkəsində qadağan olunmuş dərmanların satılmasını göstərirlər. Qeyd edək ki, “Avis” Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ildən başlayıb. Ötən 18 il ərzində şirkət Bakıda 8 aptek açıb. Şirkət sahibinin paytaxtda eyni adla fəaliyyət göstərən digər obyektləri də var. Bunların arasına “Avis” Eşitmə Mərkəzi, “Avis optik” və s daxildir. Ortaya sual çıxır. Necə oldu ki, Elmir Məhərov az bir vaxtda bu qədər böyük biznesə yiyələndi? Azərbaycan reallığını nəzərə alanda, arxası olmayan bir şəxsin bu qədər böyük biznesə sahiblənməsinin qeyri mümkünlüyünü görürük. O zaman ikinci bir sual yaranır. Elmir Məhərov kimin oğludur?

Saytımıza verilən məlumatda iddia olunur ki, Elmir Məhərov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Məhərrəm Məhərovun oğludur.

Bu aptekə yolu düşən hər bir alıcı qiymətlərin çox baha olmasından gileylənirdi. Lakin bu bahalığın müqabilində alıcılara heç də keyfiyyətli məhsul satılmırdı. Çünki satılan dərmanların əksəriyyəti keyfiyyət baxımından çox aşağı idi. Ölkə başçısı dərmanların qiymətinin baha satılmasına etiraz etdikdən sonra da bu apteklər şəbəkəsində dərmanların qiyməti kəllə-çarxa qalxmışdı. Bundan başqa, “Avis” Apteklər Şəbəkəsi “Dərman vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu”nu pozurdu. Adıçəkilən qanunun 11-ci maddəsində ölkə ərazisində satılan bütün dərmanların içlik vərəqindəki informasiyanın Azərbaycan dilində olması vacib şərtdir. Lakin “Avis” Tibbi Marketlər şəbəkəsinə məxsus obyektlərdə satılan dərman peraparatlarının içliyindəki informasiya Azərbaycan dilinə tərcümə edilməyib, xarici dillərdədir. 2012-ci il iyunun 1-dən içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalı rəsmən qadağandır. Əgər hərhansı bir dərman qutusunun içərisində içlik vərəqəsi tərcümə olunmayıbsa, qanun pozuntusudur, tələblərə uyğun deyil və bu dərman ölkədə qeydiyyata alınmayıb. O zaman ortaya sual çıxır: Elmir Məhərovun obyektlərində satılan məhsullar ölkəyə hansı yollarla gətirilib?

İnterpress.az