Eldar Əzizov sahibkarları sorğu-suala çəkdibackend

Eldar Əzizov sahibkarları sorğu-suala çəkdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail Rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov son vaxtlarda dünya ölkələrinin əksəriyyətində baş verən iqtisadi-siyasi böhranın nəticələrinin Azərbaycana da təsirsiz ötüşməməsindən, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Azərbaycanda da milli valyutanın devalvasiya olmasından, təbii və süni qiymət artımının baş verməsindən və bununla əlaqədar yaranan iqtisadi çətinliklərdən danışıb. Qeyd olunub ki, ölkə başçısı tərəfindən atılan mühüm addımlar iqtisadiyyatın möhkəmləndirilməsinə xidmət edir.
Eldar Əzizov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransın işi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dövlət qurumları və yerli İcra strukturları qarşısında qoyduğu vəzifələr barədə ətraflı məlumat verib, azad sahibkarlığın inkişaf etdirilməsi üçün ölkədə, o cümlədən rayonda sahibkarlara göstərilən qayğıdan, sahibkarlıq subyektlərinin sayının artmasından, onların fəaliyyətinə mane olan amillərin aradan qaldırılması, onlara hərtərəfli köməkliklərin göstərilməsindən danışıb. Bidirib ki, hazırda rayonda 5803 sahibkarlıq subyekti fəaliyyət göstərir, bu sahibkarlıq subyektlərində 58294 nəfər çalışır, onların fəaliyyətinin genişləndirilməsi, işlərinə mane olan amillərin aradan qaldırılması məqsədi ilə sorğular keçirilir, müvafiq köməkliklər göstərilir. Əsassız yoxlamaların qarşısının alınması ilə bağlı tədbirlər görülür. RİH-də yaradılan Komissiya və işçi qrupunun üzvləri mütəmadi olaraq monitorinqlər keçirirlər.

Görüşün əvvəlində rayon sahibkarları ilə onların fəaliyyətinə mane olan amillər və onların aradan qaldırılması ilə bağlı təkliflərə dair sorğu keçirilib, sorğunun nəticələrinin araşdırılması və müavifq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Görüşdə çıxış edən 15-dən çox sahibkar fəaliyyət dairələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək işlərdən danışıb, bu istiqamətdə öz təkliflərini irəli sürüb, onlara göstərilən dövlət qayğısından razı olduqlarını və buna görə də ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.(modern)

İnterpress.az