Müsahibədə bir çox məqamlara toxunan müsahib onu da bildirmişdi ki, 1989 –cu ildə Bakını tərk edərkən o vaxtkı Lenin prospektində yerləşən mənzilini həmin dövrdə Azərbaycan Nazirlər Şurasının sədri işləyən Ayaz Mütəllibova satıb.
Amma bu gün Ayaz Mütəllibov özü redaksiyamızla əlaqə saxlayaraq, Adelina Mnatsakyanın dediklərini təkzib edib.
“Mən onunla tanış deyiləm, ümumiyyətlə o insan barəsində ilk dəfədir eşidirəm. Deməli, ondan heç bir mənzil də almamışam. İnanın, alsaydım, bu faktı gizlətməzdim”, -deyə sabiq prezident qətiyyətlə bildirib. Virtualaz.org
İnterpress.az