Tükiyə parlamentində çıxış edən HDP partiyasının təmsilçisi, Şanlıurfanın millət vəkili Osman Baydəmir, Şırnak və Diyarbəkirdə keçirilən əməliyyatlardan danışıb. O, həmin ərazidə baş verən ölüm hadisələrindən söhbət açıb. Çıxış edərkən millət vəkili göz yaşlarına sahib ola bilməyib.
\”Allah xatirinə, Məhəmməd eşqinə, hər nəyə inanırsınızsa, onun xatirinə… O binada ölənlər sizsiniz, siz! O binada ölənlər MHP, HDP, CHP, AKP-dəndir. Allahdan qorxmursunuzmu?\”,-deyən O.Baydəmir tribunaya əli ilə zərbə vurub. Çıxışına davam edən millət vəkili kürd dilində üç dəfə \”artıq yetər!\” (ədi bese) söyləyib.
\”Daha nə qədər ölümə səssiz…\”,-deyən O.Baydəmir sözlərini tamamlaya bilməyərək ağlayıb.(islaminsesi)
İnterpress.azhttps://youtube.com/watch?v=fE7Enf4fTK4