Gəncə şəhər təcili tibbi yardım xəstəxanasından Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, Gəncə sakini 58 yaşlı Oqtay İsmayılov yaşadığı evin hamamında dəm qazından zəhərlənib.
O dərhal xəstəxanaya gətirilib. Həkimlər Oqtay İsmayılova ilkin tibbi yardım göstərib və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta ağır olduğunu bildirir.
Interpress.az