Nazir: “SOCAR-ın özəlləşdirilməsindən söhbət gedə bilməz”backend

Nazir: “SOCAR-ın özəlləşdirilməsindən söhbət gedə bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”İnterpress\” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika naziri Natiq Əliyev deyib. N.Əliyevin sözlərinə görə, həmin müəssisələri fiziki şəxslər özəlləşdirə bilməz: \”SOCAR-ın özəlləşdirilməsindən söhbət gedə bilməz. Bunu cənab Prezident də deyib. Digər enerji müəssisələrindən isə yalnız köməkçi qurumlar özəlləşdirilə bilər. Amma həmin müəssisələr köhnədir və böyük investisiya tələb edir. Təxminən 4 mlrd. dollar investisiya lazımdır. Bunu isə fiziki şəxs edə bilməz. Ancaq hansısa şirkət bunu edə bilər. Yaxud biz onların özəlləşdirilməsi üçün başqa yollar tapmalıyıq\”.

İnterpress.az