Kompensasiya ödənişləri ”Muğanbank” ASC-nin Bakı şəhəri üzrə 4 filialında, Abşeron rayonunda yerləşən 1 filialı və regionlarda yerləşən 3 filialında həyata keçiriləcəkdir. https://www.muganbank.az/press/news/5202.htm
Qeyd edək ki, 2012 –ci “Muğanbank” ASC lisenziyası artıq ləğv olunmuş “Royal Bank” ASC-nin də əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiya ödənişlərini həyata keçirmişdir və bu sahədə müvafiq təcrübəyə malikdir.
Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.
İnterpress.az