Devalvasiya ilə ixrac azalıb, idxal artıbbackend

Devalvasiya ilə ixrac azalıb, idxal artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq dünyada belə bir fikir tez-tez səsləndirilir ki, devalvasiya bütün hallarda ixracın artmasına səbəb olmur. Səbəb digər ölkələrin də anoloji addımları atmaları və yerli istehsalçıların da deavlavasiyanın mənfi təsirlərinə (tələbin azalması, xammal və avadanlığın bahalaşması və s.) məruz qalmalarıdır.

“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ildə Azərbaycanın özəl sektorunun ixracı 1 milyard 117 milyon 706.48 min dollar təşkil edib. Bu, 2014-cü illə müqayisədə 0,3% azdır. 2014-cü ildə özəl sektorun ixracı 1 milyard 121 milyon 335.99 min dollar təşkil etmişdi.

2014-cü ildə fiziki şəxslərin ixracı 226 milyon 192 min dollar olduğu halda, 2015-ci ildə 222 milyon 984 min dollar təşkil edib.

İXRACIN 88%-İ DÖVLƏTİN PAYINA DÜŞÜR

2015-ci ildə Azərbaycanın 11 milyard 424 milyon 477 min dollarlıq ixracının 10 milyard 83 milyon 786 min dolları və ya 88%-i dövlət sektorunun payına düşüb. 2014-cü ildə bu nisbət 94% idi.

İDXALDA ÖZƏL SEKTOR QABAQDADIR

Azərbaycanın idxalında isə özəl sektor hegomonluq edir. Ötən il Azərbaycanın 9 milyard 221 milyon 402 min dollarlıq idxalının 7 milyard 237 milyon 364 min dolları və ya 78,5%-i özəl sektorun payına düşüb. 2014-cü illə müqayisədə özəl sektorun idxalı 10,4% artıb. 2014-cü ildə özəl sektorun idxalı 6 milyard 482 milyon 971 min dollar təşkil etmişdi.

2014-cü illə müqayisədə isə dövlət sektorunun idxalı isə 30% azalaraq 1 milyard 639 min 754 manata düşüb.

Ötən il fiziki şəxslərin idxalı 344 milyon 283.9 min dollar təşkil edib. Bu rəqəm 2014-cü ildə 364 milyon 214 min dollar idi.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycanda 2 dəfə devalvasiya baş verib və Manat Dollar qarşısında 2 dəfə ucuzlaşıb. Devalvasiyanın həyata keçirilməsinin səbəblərindən biri kimi yerli istehsalçıların ixracının artırlması göstərilib.

İnterpress.az