Bayram Səfərov Zahid Orucu DƏSTƏKLƏDİ: “DQMV bərpa edilməlidir”backend

Bayram Səfərov Zahid Orucu DƏSTƏKLƏDİ: “DQMV bərpa edilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov deyib. İcma sədri deputat Zahid Orucun bu gün Milli Məclisin iclasında DQMV-nin bərpası ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən qeyd edib ki, bu, zəruridir.

“Qanunvericiliklə bunu həyata keçirmək olar. O vaxt Dağlıq Qarabağın Ağdərə və Xankəndi rayonları ləğv edilib. O rayonların əhalisi Dağlıq Qarabağ əhalisindən kənarda qalıblar. Ona görə də yenidən bərpa edilməlidir. Məsələn, Ağdərə rayonu əhalisinin yarısı Ağdam, yarısı Tərtər, yarısı da Kəlbəcər rayonu ərazisində bölüşdürülmüşdü. Halbuki, nə Ağdamın, nə də Kəlbəcərin Dağlıq Qarabağa aidiyyatı var. Bu, Azərbaycanın ərazisidir, torpağıdır. Dağlıq Qarabağ da Azərbaycanındır. Ermənilər yalançı qondarma Dağlıq Qarabağ yarada bilir, biz gerçəyini yarada bilmirik?! Bu haqda düşünməyə dəyər”.

Bayram Səfərov Zahid Orucun işğal olunmuş rayonların adlarının şadlıq saraylarına qoyulması fikirlərinə də toxunub. O qeyd edib ki, hansısa işğal olunmuş rayonun adını restoranlara qoymaq qəbahət deyil.

“Düşünürəm ki, bu, Zahid Orucun yanaşmasıdır. Fikirlərinə hörmətlə yanaşıram. Amma burda bir məqam var. Bəs gələcək nəsil Şuşanı və digər işğal olunmuş əraziləri necə yadına salsın?! Bu reklam xarakterli bir işdir. Məsələn, üçüncü, dördüncü sinifdə oxuyan uşaq nə şuşalıdır nə də qarabağlı.

Amma Şuşa adında hansısa bir məkan görəndə yadına düşür və içi göynəyir. Mən hansısa şairin adına küçə görəndə, xatirə muzeyində olanda bir anlıq Şuşaya gedirəm. Ya Çanaqqala, ya Çənlibel ya da Şuşa adında istirahət mərkəzi, şadlıq evi olanda nə olar ki?! Məkan adlarıdır. Burda qəbahətli nəsə görmürəm”.

Həmçinin, Bayram Səfərov hər kəsin içində vətən sevgisinin olması faktını zəruri hesab edir.

“Şadlıq evlərimiz də, mərasim zallarımız da, istirahət parklarımız da olmalıdır. Əsas odur ki, xalqımızın içində qarabağlılıq olsun. Orta və ali məktəblərdə, evlərimizdə uşaqlarımıza vətən, torpaq sevgisini aşılamağı bacarmalıyıq. Torpaqlarımız işğal altındadır. Biz qısasımızı almalıyıq. Övladlarımız yaxşı təhsil almalı, hərbçilərimiz ayıq-sayıq olmalıdır”.

İnterpress.az