Milli Bank sədrinin evinə qumbara atıldıbackend

Milli Bank sədrinin evinə qumbara atıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Moldova Baş Prokurorluğunun yaydığı məlumatda hadisənin gecə radələrində baş verdiyi bildirilir.
İnsident zamanı bank sədri və ailə üzvləri evdə olsa da, onların xəsarət almadığı, sadəcə yaşayış evinin bir qədər zərər gördüyü bildirilir.

Dəqiqləşdirilmiş məlumata görə RQD-5 qumbarası Milli Bank sədrinin Kişinyovun elit mikrorayonlarından birindəki mənzilinin balkonuna atılıb.

Partlayış zamanı evin pəncərələri sınıb və fasadı zədələnib.

Faktla bağlı prokurorluq orqanları terrorizm (278-ci maddə) cinayət işi açıblar. Hadisəni törədənlər 15 ilə qədər həbs oluna bilərlər.

İnterpress.az