Kafedə söyüşə görə baltalanmabackend

Kafedə söyüşə görə baltalanma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabul Rayon Polis İdarəsindən ans press-ə verilən məlumata görə, rayonun Nəvahi qəsəbəsindəki \”Çinar\” kafesində qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Şahin Habil oğlu Əsgərov tanışı ilə yemək yeyərkən həmin kafedə aşpaz işləyən İsmayıllı şəhər A. Mədətov 16 ünvanında yaşayan 1971-ci il təvəllüdlü Rövşən Zeynəddin oğlu Nurməmmədovla arasında mübahisə yaranıb.

Daha sonra mübahisə qızışıb və adı çəkilən şəxslər bir-birinə söyməyə başlayıblar. Daha sonra ağır söyüşə dözə bilməyən Şahin Əsgərov aşpazın baş nahiyəsinə balta ilə zərbə endirib.

Ağır bədən xəsarətləri alan R.Nurməmmədov xəstəxanaya yerləşdirilib. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rövşən Nurməmmədova xəsarət yetirən Ş.Əsgərov tutulub.

Hazırda faktla bağlı rayon polis şöbəsində cinayət məcəlləsinin 221. 3-cü ( Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bənzər hadisə bir müddət əvvəl Beyləqanda da qeydə alınıb. Rayonun Birinci Şahsevən kəndində 1969-cu il təvəllüdlü Məhərrəm Oruc oğlu Quliyevə qardaşı – 1975-ci il təvəllüdlü Xudat Oruc oğlu Quliyev tərəfindən baş nahiyəsindən balta ilə zərbə endirilib.

Hadisəyə səbəb eyni həyətdə yaşayan iki qardaşdan kiçik olanının böyük qardaşın həyat yoldaşına və uşağına əl qaldırması olub.

M.Quliyev Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, çoxlu qan itirdiyindən xəstəxanada dünyasını dəyişib.

İnterpress.az