Dünya şöhrətli müğənni Adel ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizədliyini irəli sürən milyarder Donald Trampa mahnılarını istifadə etməyə icazə verməyib.
Donald Tramp “Rolling In The Deep” və \”Skyfall” mahnılarından seçkiqabağı kampaniyasında istifadə edib. Bu vəziyyətdən isə Adelin pərəstişkarları narazı qalıblar. Onların sərt reaksiyalarından sonra Adelin sözçüsü mövzu ilə bağlı açıqlama verib.
Açıqlamada qeyd edilir ki, Trampa siyasi tədbirləri zamanı Adelin mahnılarını istifadə etmək qadağan edilir.
Tramp Adelin fanatıdır. O, 2015-ci ildə Nyu-Yorkda ifaçının konsertində iştirak edib. Adeldən əlavə, “Aerosmith” qrupunun lideri Stiven Teyler de Trampa mahnılarını istifadə etməyə qadağan edib.
Tramp ötən il qalmaqallı açıqlama edib. Milyarderin sözlərinə görə, müsəlmanlar Amerikaya nifrət edirlər və milləti zərbə altına qoya bilərlər. Siyasətçi hesab edir ki, ABŞ hakimiyyəti insidentlə bağlı araşdırmanı sona çatdırana qədər sərhədləri bağlamalıdır.
İnterpress.az