Gürcüstanın müdafiə naziri Ermənistanda Azrbaycandan danışdıbackend

Gürcüstanın müdafiə naziri Ermənistanda Azrbaycandan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli İrəvanda deyib.

O, İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə – NATO üzvü olan qonşu ölkədir, bu isə ölkələr arazında münasibətləri daha da dərinləşdirir və möhkəmləndirir.

Nazirin sözlərinə görə, Gürcüstan onu dəstəkləyən və yardım edən hər kəsə minnətdardır.

Gürcü nazir yanvar ayının 31-də Ermənistana səfərə gəlib. Səfər çərçivəsində Xidaşeli Ermənistan prezidenti Serj Sarkisyan, baş nazir Ovik Abramyan, müdafiə naziri Seyran Ohanyan, xarici işlər naziri Edvard Nalbandyan, eləcə də bütün ermənilərin Katalikosu İkinci Qareqin ilə görüşüb. Onun səfərinin bu gün başa çatacağı gözlənilir.

Ötən gün isə Ermənistan və Gürcüstan hərbi əməkdaşlığa dair sənəd imzalayıb. İki ölkə arasında əməkdaşlıq 2010-cu ildən başlayaraq, plan əsasında davam edir. Bu proqramda sülhməramlıların fəaliyyəti, hərbi təhsil və hazırlığa üstünlük verilir.

ABŞ isə Gürcüstan-Ermənistan sərhədinin gücləndirilməsinə 10 milyon dollar vəsait ayırır. Müqavilə Gürcüstanın Tiflis sərhəd polisi və ABŞ-ın Hərbi Təhlükələrin Azaldılması üzrə Agentliyi tərəfindən imzalanıb.

Müqavilə sərhədin əlavə qüllələrlə təminatını, gecə görünüşü kameraları və digər texnika ilə təchizatını nəzərdə tutur.

İnterpress.az