Rifah Hərəkatının sədr müavini Ellada Məmmədli özünün facebook səhifəsində Elman Fəttahı aşağılayan fikirlər yazıb. E.Məmmədli qeyd edib ki, insan haqlarına heç bir sayğısı olmayan şəxsə izah etmək çətindir ki, özünün pozulmuş və ya pozulmuş hesab etdiyi hüququnu məhkəmədə müdafiə etmək hər bir vətəndaşın haqqıdır: “Adama necə başa salasan ki , bizlər məhkəməyə ADR Hərəkatı olaraq yox, hüquqları pozulmuş müsavatçılar olaraq şikayət etmişik. Haqqı pozulan şəxsin ADR Hərəkatının rəhbərliyində təmsil olunub-olunmamasının məsələyə nə dəxli var? ADR Hərəkatının sədri nəyə görə və hansı əsasla bizim şikayət hüququmuza qarşı çıxmalıymış? Qubad İbadoğlu şəxsi qərarlarımıza sayğı ilə yanaşmayıb nə etməli idi ki?
Müsavatın indiki rəhbərliyi başqalarına qarşı o qədər sayğısız olublar ki, indi hörmətlə yanaşma görəndə təəccüblənirlər. Haqqımızı tapdalayıblar, partiyanın nizamnaməsini pozublar, saxtakarlıq ediblər, indi də əməllərinə haqq qazandırmaq üçün bizləri hakimiyyətə işləməkdə suçlayırlar. Günahı daim başqa yerdə axtarmaq, uğursuzluqlarında özlərindən başqa hamını günahlandırmaq xisləti bunların vicdan səsini boğub\”.
Müsavat başqanının müavini Osman Kazımov isə qeyd edib ki, heç bir fikir bildirmək və yazmaq istəmirdi. Lakin Qubad İbadoğlunun Müsavat Partiyasının məhkəməyə verilməsinin Rifaha heç bir aidiyyəti olmamasını bildirməsindən sonra susmamağa qərar verib. O, Kazımov Q.İbadoğluna cavab olaraq Müsavat Partiyasını məhkəməyə verənlərin siyahısını yayıb hər kəsi bu siyahı ilə tanış olmağa çağırıb;
1. Sadıqlı Əlövsət Əhəd oğlu-rifahçı;
2.Məmmədli Ellada Sabir qızı-Rifahın rəhbərlərindən biri;
3 Qədimbəyli Rəfiqə Qədim qızı-Rifah üzvü;
4 Dəmirov Rövşən Əlihüseyin oğlu-Rifah İdarə Heyətinin üzvü;
5.Rza Əli Məmmədrza oğlu-rifahçı;
6.Mirələmov Rahib Eldar oğlu-Rifah üzvü;
7.Əliyev Rüfət İdris oğlu-rifahçı, məlumatlarımıza görə, Rifah İdarə Heyətin üzvü;
8. İmanov Cahid İsa oğlu-Rifah üzvü;
9. Hüseynov Zakir Səfixan oğlu-rifahçı, həm də Müsavat Partiyasının üzvüdür;
10. Qasımov Bakir Bayandur oğlu-Rifah üzvü.
Sonra Q.Kazımov Qubad İbadoğlunun Müsavatın şərəf tarixinin bitməsi haqqında ittihamına münasibət bildirib. O.Kazımov bunları bildirib: “Ona eyni dildə cavab vermək istəmirəm. Tərbiyəmə yaddır. Həm də yaşda məndən kiçikdir. Amma bu gün də Müsavat Partiyası sıralarında Qubad İbadoğluna başqan seçilməsi üçün səs verənlərdən onlarla Müsavat üzvü fəaliyyət göstərməkdədir. Və şərəflə. Qubad İbadoğlu dünən ona səs verənləri bu gün aşağılamağından vicdan əzabı çəkmirmi heç?”(musavat)
İnterpress.az